Rəhbərlik
Rəhbərlik
Cümhuriyyət Araşdırmalar Mərkəzi (CAM) – respublikaçı ideyaların məzmununu, təsirini, respublika idarəçilik formasının təşkilini, çeşidlərini, onun başqa idarəçilik formalarından fərqini, respublikaçılığın siyasi, hüquqi, iqtisadi, sosial, mədəni və tarixi cəhətlərini araşdıran düşüncə mərkəzidir. CAM müstəqil bir qurumdur və əsas məqsədi yeni qanunvericilik təşəbbüsləri, mövcud problemlərlə bağlı mövqe sənədləri ilə çıxış etmək, qüvvədə olan qanunların hüquqi, sosial, iqtisadi ekspertizasını həyata keçirməkdir. CAM ölkədə fəaliyyət göstərən bütün siyasi, ictimai qurumlarla əməkdaşlığa açıqdır.
CAM-ın təsisçisi Natiq Cəfərlidir. Mərkəzin İdarə Heyəti: Natiq Cəfərli, Mübariz Rəhimli, Toğrul İskəndərli, Mətanət Əzizova və Nicat Məmmədlidən ibarətdir.
CAM-ın icraçı direktoru Mübariz Rəhimlidir, İdarə Heyəti 1 illik təyin edilir.