Biz kimik?
Cümhuriyyət Araşdırmaları Mərkəzi (CAM) – respublikaçı ideyaların tarixini, məzmununu, təsirini, respublika idarəçilik formasının təşkilini, çeşidlərini, onun başqa idarəçilik formalarından fərqini, respublikaçılığın siyasi, hüquqi, iqtisadi, sosial, mədəni çəhətlərini araşdıran düşüncə mərkəzidir. CAM müstəqil və tərəfsiz bir qurumdur. CAM-ın araşdırmaları akademik, eləcə də geniş anlamda siyasi ola bilər. Akademik araşdırmalar açıq olur, siyasi araşdırmalar abunə yoluyla yayılır. CAM-ın araşdırmalarında repsublikaçılıqla bağlı çeşidli fəlsəfi, nəzəri və siyasi baxışlar ortaya qoyula bilər.
www.cumhuriyyet.org