Cümhuriyyət Araşdırmaları Mərkəzinin Ümumi Yığıncağı keçirildi.
Cümhuriyyət Araşdırmaları Mərkəzinin 04 aprel 2022-ci il tarixində Ümumi Yığıncağı keçirildi. Yığıncaqda Natiq Cəfərlinin təklifi ilə CAM-ın yeni İdarə Heyəti seçildi və icraçı direktor təyin edildi.
Yeni seçilmiş İdarə Heyəti üzvləri Natiq Cəfərli, Mübariz Rəhimli, Toğrul İskəndərli, Mətanət Əzizova və Nicat Məmmədlidir. Mübariz Rəhimli növbəti 1 il ərzində CAM-ın icraçı direktoru təyin edildi.
CAM-ın əsas fəaliyyət istiqamətləri vətəndaşlara hüquqi xidmətin göstərilməsi, bölgələrdə olan problemlərin işıqlandırılması və sosial layihələrin həyata keçirilməsidir və bu istiqamətdə 1 illik fəaliyyət planı təsdiq edilmişdir.
4 aprel, 2022, 14:45