Dəyərli həmvətənimiz!

Bu məktubla sənə şəxsən müraciət etməyi özümüzə borc bilirik. Səni bizimlə bərabər yolculuğa – birgə tarix yazmağa dəvət edirik. Bu dövlətin sahibi sənsən, sən də onun başında durmalısan. Bizsə səninlə çiyin-çiyinə ədaləti quracaq, səni dövlətdə təmsil edəcək simanıq. Köhnə problemlərə yenilikçi və doğru yanaşmamız səni əmin edəcək ki, bu işi məhz biz, cümhuriyyətçilər, yeni nəslin siyasət adamları görəcək.

Respublikaçı Alternativin amalı – ölkəmizdə cümhuriyyəti (respublika) yaratmaq, ərazi bütövlüyünü bərpa etmək, Azərbaycanı, keçmişə qaytarmadan, tarixi məcrasına salmaq, vətəndaşlarımızın azadlığını və təhlükəsizliyini təmin etmək, cəmiyyətimizi müasir və mütərəqqi dünyagörüşlü, sağlam, bilikli, rəqabətədayanıqlı, açıq və çevik hala gətirməkdir.

Respublikaçı Alternativ partiya olma qərarı verib! Biz partiya olaraq ideyalarımızı hakimiyyətə daşımaq əzmindəyik. Qələbəmizə hər birimiz dərindən inanmalıyıq, məhz inam bizi hərəkət etməyə, işləməyə vadar edəcək.

Dəyərli həmvətənimiz! Səni YENİ HƏRƏKATA - qurulacaq partiyanın Təşəbbüs Qrupuna üzv olmağa, 2015 Parlament seçkilərində könüllü olmağa çağırırıq!



MƏN RESPUBLİKAÇI ALTERNATİV PARTİYASINA ÜZV OLDUM!


Rəhman Bədəlov Məshəti Quluzadə Murad Nəsibbəyli



Anar Nağılbaz Pərviz Usubov Toğrul İsmayılov



Oruc Rzayev Vəfa Rüstəm Kamil Allahyarov



Brilyant Rəhimli Bəkir Nərimanoğlu Mahal Osmanlı



Ramaş Məhəmməd Lalə Əliyeva Rövşən Süleymanov

  • Paylaş:
Proqram

Cumhuriyyet.org Bütün hüquqlar qorunur.