Respublikaçı Alternativin Xəzərdə baş verən qəza ilə bağlı Media açıqlaması

  • 15-12-2016

Respublikaçı Alternativ, bu gün Xəzər dənizində SOCAR-a məxsus Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində estakadanın aşması nəticəsində itkin düşənlərin tez bir zamanda tapılmasını diləyir və ölənlərin ailələrinə dərin hüzünlə başsağlığı verir.

Bu hadisə, yaxın keçmişimizdə Xəzər dənizində SOCAR-a məxsus olan neft platformalarda baş verən ilk hadisə deyil. Belə ki, 2015-ci ilin 4 dekabr tarixində də Günəşli neft yatağında yanğın nəticəsində böyük insanlıq faciəsi yaşanmış və çoxsaylı insan təlafatı ilə nəticələnmişdi. Bu bir daha onu göstərir ki, hökumətin əsas öncüllüyü insan taleyi yox, neftdən gələn puldur. Xəzər dənizində BP-ə məxsus olan platformada indiyədək işçilərin ölümünə səbəb olan ciddi hadisələr baş verməmişdir. Bu onu göstərir ki, işçilərin təhlükəsizliyi işin peşəkarcasına qurulmasından, işçilərə verilən dəyərdən asılıdır.

Baş vermiş insanlıq faciəsində birbaşa hüquqi və mənəvi məsuliyyət hökumətin üzərindədir. Respublikaçı Alternativ, bu sahədə məsuliyyət daşıyan vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını və qanunun bütün sərtliyi ilə cəzalandırılmasını tələb edir.

cumhuriyyet.org
  • Paylaş:
Proqram

Cumhuriyyet.org Bütün hüquqlar qorunur.