Siyasi Biliklər Məktəbləri Assossasiyası Prezidenti İlqar Məmmədova azadlıq istəyir

  • 24-11-2016

 

Strasburq 21.11.2016: Siyasi Biliklər Məktəbləri Assossasiyası Prezidenti Catherine Lalumiere bugün Stasburqda deyib: Qanunsuz şəkildə həbs edilmiş Bakı Siyasi Biliklər Məktəbinin Direktoru İlqar Məmmədov dərhal azad edilməlidir.

İnsan Haqları və Demokratiya görüşündə iştirak edən keçmiş Fransalı Nazir Azərbaycan Respublikası Ali Məhkəməsinin müxalif siyasətçinin 18 noyabr tarixli şikayətinin təmin edilməməsinin Avropa İnsan Haqları Məhkəməsinin 2014-cü il tarixli qərarının kobud şəkildə pozulması kimi qiymətləndirib.

İlqar Məmmədov tərəfindən 2013-cü il Prezident seçkilərində İlham Əliyevə qarşı namizəd olduğunu açıqladıqdan sonra siyasi motivli əsaslarla həbsiylə bağlı Azərbaycana qarşı Strasburq işi açılmışdır.

Catherine Lalumiere AB, Avropa Şurası və ATƏT-i sadəcə sözdə deyil, AİHM qərarının və ifadə azadlığı, toplaşmaq azadlığı, media azadlığı, məhkəmə müstəqilliyinin həm Azərbaycan, həm də digər üzv ölkələrdə düzgün tətbiq olunmasını təmin etmək üçün hərəkətə çağırır.


cumhuriyyet.org
  • Paylaş:
Proqram

Cumhuriyyet.org Bütün hüquqlar qorunur.