Mingəçevirdəki partlayış nəticəsində xəsarət alanların sayı 3-ə çatıb

Sorry, this entry is only available in Azerbaijani. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Mingəçevir şəhərində evdə baş verən partlayış nəticəsində xəsarət alanların sayı 3-ə çatıb.

“Report”un Qərb bürosunun məlumatına görə, bunlar 1966-cı il təvəllüdlü Qəmbərova Sevinc Mosul qızı, 1992-ci il təvəllüdlü Məmmədov İlkin Yaqub oğlu və 1997-ci il təvəllüdlü Ələkbərova Aynurə İlqar qızıdır.

Hadisə baş verən zaman ailə üzvlərinin üçü də evdə olub. Yaralılar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hazırda yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir.

24 December, 2021, 12:33