Azərbaycanda ekoturizm şəbəkəsi genişləndirilir

Sorry, this entry is only available in Azerbaijani. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Bu gün “Azərbaycan Ekoturizm Assosiasiyası” (“AzETA”) İctimai Birliyinin təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dövlət Turizm Agentliyinin, Eko Könüllüləri və Azərbaycan Turizm Könüllüləri təşkilatlarının, Sabunçu Rayon İcra Hakimiyyətinin dəstəyi ilə eyni adlı ərazidə həyata keçirilən “Kühül Dağı və Mağarası” layihəsinin növbəti mərhələsi reallaşdırılıb.

“Report” xəbər verir ki, Beynəlxalq Dağlar Günündə keçirilən tədbirdə ərazidə və mağaranın içində təmizlik işləri aparılıb, müxtəlif məşəli tullantılar toplanılıb, qayaların üzərində mövcud olan boyalı yazıların silinməsi üsulları test edilib.

Bunlarla yanaşı, köhnəlmiş alpinist avadanlığının dəyişilməsinə başlanılıb, yeni və bərpa olunan alpinist marşrutları nəzərdən keçirilib, bəzi sınaqlar aparılıb. Dağ marşrutlarının salınmasını və mövcud olan marşrutların bərpasını, beynəlxalq alpinizm və təhlükəsizlik standartlarına uyğun olaraq, peşəkar alpinistlər İsrafil Aşurlı və Rauf Zeynalov icra edirlər. Layihənin məqsədi Kühül Dağı (Razin Dağı və Mağarası) ərazisində müvafiq qurumların dəstəyilə təmizlik, səhman, abadlıq, məlumat-nişanlama, bərpa işləri apararaq, bu məkanın ekoturizm, o cümlədən alpinizm, piknik, speleo, arxeoloji, tarixi, dərketmə, macəra, haykinq kimi turizm fəaliyyətləri üçün olan potensialını tam gerçəkləşdirmək və gələcəkdə onun Bakı Turizm Klasterinə daxil edilməsi imkanlarını genişləndirməkdən ibarətdir.

AzETA 2019-cu ildə təsis edilib. Assosiasiyanın əsas məqsədləri ölkədə ekoloji mədəniyyətin və ekoturizmin inkişafına dəstək verməkdən ibarətdir. AzETA Qlobal Davamlı İnkişaf Məqsədlərinə sadiq olaraq bütün fəaliyyətində yüksən ekoloji, mədəni və etik qaydalara riayət olunmasını prioritet hesab edir.

8 December, 2021, 11:40