İctimai-sosial məqsədli fondları dəstəkləyən şirkətə vergi güzəşti ediləcək

Sorry, this entry is only available in Azerbaijani. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Vergi Məcəlləsinə təklif olunmuş növbəti dəyişikliklərdən biri korporativ sosial məsuliyyəti çərçivəsində ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara dəstək verən şirkətlərə güzəştlərin müəyyən edilməsi ilə bağlıdır.

“Report” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, 1 yanvar 2019-cu ildən başlayaraq vergi ödəyicilərinin sosial məsuliyyət çərçivəsində elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürdüyü vəsaitin müəyyən hissəsi həmin şəxslərin mənfəət vergisi öhdəliyindən azaldılır. Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş torpaqların dirçəldilməsi, habelə Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvlərinin sosial vəziyyətlərinin yaxşılaşdırılması, eləcə də yaralanmış şəxslərin sağlamlıqlarının bərpa edilməsi və sosial vəziyyətlərinin yaxşılaşdırılması ilə əlaqədar Qarabağ Dirçəliş Fondu və Yaşat Fondu yaradılıb. Bu məqsədlə bu ilin əvvəlindən vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 10%-dən çox olmayan hissəsinin Qarabağ Dirçəliş Fondu, Yaşat Fondu və digər bu kimi fondlara ianə formasında köçürülən məbləğlərin 1 yanvar 2021-ci i tarixindən 8 il müddətinə mənfəət vergisindən azad edilməsi nəzərdə tutulur.

26 November, 2021, 16:13