Azərbaycanda aqrar sektor 4% böyüyüb

Sorry, this entry is only available in Azerbaijani. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 8 034,3 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsinə istinadən xəbər veririk ki, bu, ötən ilin eyni dövrünə nisbətən 4,1 % çoxdur.

Son 1 ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 5,4 % artaraq 4 243,2 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 2,7 % artaraq 3 791,1 milyon manat təşkil edib.

14 November, 2021, 12:30