Yevlax rayonunun tikinti şirkəti materialları satılan bazarının yaxınlığında yaşayan Kəlbəcər köçkünlərinin şikayəti var.

Sorry, this entry is only available in Azerbaijani. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Yevlax rayonunun tikinti şirkəti materialları satılan bazarının
yaxınlığında yaşayan Kəlbəcər köçkünlərinin şikayəti var. Onlar
köhnədən qalan bir binanın qalıqları arasında yaşamaqdan
bezdiklərini söyləyirlər. Sakinlərdən Şücayət İbrahimova deyir ki,
bina çox köhnədir. O qədər köhnədir ki, divarları ovulub-tökülür. O
qədər dəlik-deşiyi var ki, evlərinin içinə ilan, qurbağa, əqrəb,
kərtənkələ girir. Gecələri də rahat yata bilmirlər. “Qaçqın olduq,
gəldik Yevlaxa. Birinci çox bərbad bir qarajın içində məkunlaşdıq.
Sonra həmin ərazidə məskunlaşanlara ev verib, köçürdülər. Bizi
növbəti mərhələlərə saxladılar və müvəqqəti bura gəldik. Bu gün,
sabah deyə-deyə 11 ildir ki, qalmışıq burda. Səsimizi eşidən, baxan
yoxdur”.
Burada yaşayan 56 yaşlı Sayat İbrahimova da şikayətçidir. Deyir,
burada yaşamaqdan iyrənir. Yayda evin içindən qurbağanı çuvalla
toplayır: “Öldürməyə də ürəyimiz gəlmir. Atırıq çölə. Sabah yenə
eyni şey olur, qayıdıb girirlər evə. Allahın da, dövlətin də unutduğu
insanlarıq. Bəlkə də bu ölkənin ən sonuncu insanlarıyıq biz. Yoxsa,
ən azından səsimizi eşidərlər”.

3 March, 2021, 13:18