Kənd sakinləri örüş yerinin azlığından narazıdırlar

Sorry, this entry is only available in Azerbaijani. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Bərdə rayonun Bala Göyüşlü kənd sakinləri qonşu kənd ərazisində məskunlaşan məcburi köçkünlərin öz heyvanlarını onların örüş yerlərində  otarmasından ciddi şəkildə narazıdırlar. Kənd sakinləri bununla bağlı məhkəmə instansiyasına belə müraciət ediblər. Əlaqədar qurumlara isə dəfələrlə şikayətlər ünvanlanılıb. Ancaq təssüflər olsun ki, kənd sakinlərinin torpaqlarından çıxmaq çağrışlarına kimsə tərəfindən bu gün də məhəl qoyulmamaqdadır.

Kənd icra nümayəndəsi Aqil Muradov isə qeyd edir ki, əslində həmin köçkünlər üçün yer ayrılıbdır. Hətta bir dəfə məhkəmə qətnaməsi ilə onlar həmin örüş sahəsindən də çıxarılıblar. Əhali ciddi şəkildə narazıdır.

25 April, 2020, 8:03