Zərdab rayonunun Çallı kəndində örüş sahələri əllərindən alınan kənd sakinləri fevralın 20-də etiraz aksiyası keçirərək, magistral yolu bağlayıblar.

Sorry, this entry is only available in Azerbaijani. For the sake of viewer convenience, the content is shown below in the alternative language. You may click the link to switch the active language.

Zərdab rayonunun Çallı kəndində örüş sahələri əllərindən alınan kənd sakinləri fevralın 20-də etiraz aksiyası keçirərək, magistral yolu bağlayıblar. Daha sonra polis hadisə yerinə gəlib, sakinlərlə qarşıdurma yaşanıb və bir neçə nəfər saxlanılıb

Kənd sakinləri bildiriblər ki, ərazilər keçmiş icra başçısı olan Lütfəli Babayevə satılıb: “Uzun illərdir ki, qanunsuz satılmış bu sahələri geri qaytarmırlar, camaat da dözməyib örüş torpaqlarına öz heyvanlarını salıb yanında dayanırlar. Bu gün isə ora polis gəlib üç nəfəri saxlayıblar, 2-3 nəfəri isə döyüblər. Tələb odur ki, saxlanılan şəxslər azad olunsun, torpaqlar geri qaytarılsın, bələdiyyə seşkiləri yenidən keçirilsin və dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinin nəticələri ləğv edilsin”.

Etirazçılardan biri bildirib ki, üç yüz ailəyə məxsus torpaqları 10 nəfər zəbt edib. Bütün bunlar yerli hakimiyyət orqanlarının iştirakı ilə baş verib: “Artıq susmayacağıq, biz ayağa qalxdıq”.

25 February, 2020, 7:58