Azərbaycanda ən çox hava çirklənməsinin müşahidə olunduğu ərazi açıqlanıb

Azərbaycanda ən çox hava çirklənməsinin müşahidə olunduğu ərazi açıqlanıb.

“Report” xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva məlumat verib.

Onun sözlərinə görə, il ərzində havanın çirklənməsi ilə bağlı bizim xidmətə 954 müraciət daxil olub: “Araşdırmalar aparılıb və mənbələr müəyyən olunub. Həmçinin faktlarla bağlı qanunvericilik çərçivəsində cəza tətbiq olunub”.

U.Tağıyeva bildirib ki, bu il havanın ən çox çirklənməsi Lökbatanda qeydə alınıb.

O qeyd edib ki, bu da nəqliyyat hərəkətinin həmin ərazidə çox olması ilə əlaqəlidir: “Hava çirklənmələri fəsildən fəsilə dəyişir. Ən çox çirklənmə göstəricisi isti dövrdə müşahidə olunur”.

28 dekabr, 2021, 14:25