Neft korreksiya çərçivəsində bahalaşıb

Bir gün əvvəl 1%-lik ucuzlaşmadan sonra dünya bazarlarında neft korreksiya səbəbilə bahalaşıb.

Bakı vaxtı ilə saat 09.03-ə olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin yanvar fyuçersləri 0,82% bahalaşaraq, 1 bareli 82,72 ABŞ dollarına satılıb. WTI neftinin yanvar fyuçerslərinin qiyməti isə 0,66% artaraq, 1 bareli 80,28 ABŞ dolları təşkil edib.

Neftin ucuzlaşmasına səbəb ABŞ-ın Energetika Nazirliyinin proqnozu səbəb olub. Proqnoza görə, dekabr ayında ABŞ-ın əsas neft-qaz rayonlarında neft hasilatı gündəlik 85 min barel və ya noyabr ayı ilə müqayisədə 1% artaraq, 8,316 milyon barel təşkil edəcək.

Bundan başqa, investorlar Avropada COVID-19 ilə əlaqəli yeni məhdudiyyətlərin tətbiqinə də diqqət ayırırlar. “Avropa pandemiya səbəbindən yeni məhdudiyyətlər tətbiq edir, bununla da benzinin qiymət artımının qarşısını almaq məqsədilə ABŞ-ın öz ehtiyatlarından istifadə etməsi üçün Prezident Cozef Baydenə təzyiqlər artır”, – ANZ şirkətinin analitikləri bildiriblər.

13 noyabr, 2021, 12:25