2-ci qrup əlilliyi olan Teymur Həsənov deyir ki, 1 il ərzində xəbəri olmadan onun adına ünvanlı sosial yardım yazıb, mənimsəyiblər

Ucarın Məlikballı kəndinin sakini, 2-ci qrup əlilliyi olan Teymur Həsənov deyir ki, 1 il ərzində xəbəri olmadan onun adına ünvanlı sosial yardım yazıb, mənimsəyiblər. Bundan təzəlikcə xəbər tutub. Aidiyyatı qurumlara müraciət edib, ancaq işinə baxan yoxdur.

Teymur Həsənov deyir ki, hadisə 2012-2013-cü illərdə olub. Düz bir il hər ay adına 157 manat yazılıb və mənimsənilib. Bunu kimlərin etdiyini hələlik bilmir. Aidiyyatı qurumlardan gələn cavablarda isə “hələ araşdırırıq, sizi məlumatlandıracağıq”, – deyilir.

Teymur Həsənov deyir ki, bu araşdırmaların üstündən 3 ay keçib. Hələ də nəsə tapa bilməyiblər.

25 mart, 2020, 7:59